SON DƏQİQƏ
» » NYT: İran ABŞ-nin yeni atəşkəs təklifini rədd edib

NYT: İran ABŞ-nin yeni atəşkəs təklifini rədd edib

Tarix:

Bu gün, 08:28

/ 3 802 dəfə oxundu.
NYT: İran ABŞ-nin yeni atəşkəs təklifini rədd edib

İran ABŞ-nin atəşkəsə dair yeni təklifindən imtina edib.
GunAz.az xəbər verir ki, “The New York Times” qəzeti mənbələrinə istinadən yazır ki, Vaşinqtonun təklifi İraqın Baş naziri Əli əz-Zeydinin vasitəçiliyi ilə Tehrana çatdırılıb.
Nəşrin məlumatına görə, İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət məsələsini həll etmədən yalnız müvəqqəti razılaşma əldə olunmasında maraqlı deyil.
Qəzet ABŞ-nin təklifinin konkret şərtlərini açıqlamayıb.
Qeyd edək ki, ötən həftənin sonunda İraqın Baş naziri ABŞ-a rəsmi səfər edib və burada ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb. Cümə axşamı Əli əz-Zeydi İran prezidenti Məsud Pezeşkianın dəvəti ilə Tehrana səfər edib.Teleqraf
скачать dle 12.1

Şərhlər