SON DƏQİQƏ

ABŞ İranın 8 şəhərini vurdu

Tarix:

Bu gün, 08:00

/ 3 478 dəfə oxundu.
ABŞ İranın 8 şəhərini vurdu

ABŞ Silahlı Qüvvələri İrana qarşı 13-cü gecə ardıcıl davam edən zərbələr seriyasını başa çatdırıb.
GunAz.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ Mərkəzi Komandanlığının qüvvələri 13-cü gecə ardıcıl olaraq İrana qarşı zərbələr endirmə əməliyyatını başa çatdırıb”, - deyə komandanlığın “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələrinin hədəfləri komanda məntəqələri, pilotsuz uçuş aparatlarının saxlanma yerləri, sahilyanı müşahidə məntəqələri və hərbi-dəniz qüvvələrinin vasitələri olub.
ABŞ-nin İrana qarşı zərbələri zamanı ölkənin bir neçə şəhərində partlayışlar baş verib.
İranın IRIB agentliyinin məlumatına görə, İranın cənubundakı Keşm adasının sahil bölgəsində, İndimeşk, Konarak, Xürrəmabad, Cask, Xondab, Bəndər-Abbas və Omidiyyə şəhərlərində bir sıra partlayışlar baş verib.
İtkilərlə bağlı rəsmi açıqlama verilməyib.
скачать dle 12.1

Şərhlər