SON DƏQİQƏ
» » CENTCOM-dan vurulan helikopterin qisası ilə bağlı açıqlama

CENTCOM-dan vurulan helikopterin qisası ilə bağlı açıqlama

Tarix:

Bu gün, 09:15

/ 2 811 dəfə oxundu.
CENTCOM-dan vurulan helikopterin qisası ilə bağlı açıqlama

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "Apache" helikopterinin məhv edilməsinə cavab məqsədilə İrana qarşı həyata keçirilən zərbələrin yekunlaşdığını bəyan edib.
GunAz.az xəbər verir ki, bu barədə CENTCOM "X" hesabında məlumat yayıb.
"CENTCOM bölmələri dünən ABŞ Quru Qoşunlarına aid "Apache" helikopterinin vurulmasına reaksiya olaraq, Ali Baş Komandanın göstərişi əsasında İrana qarşı özünümüdafiə xarakterli zərbələrin endirilməsini tamamlayıb", - deyə komandanlığın məlumatda qeyd olunur.
Qurumdan, həmçinin bildirilib ki, ABŞ ordusunun əsas hədəfləri Hörmüz boğazı ətrafında yerləşən İrana məxsus radar stansiyaları, hava hücumundan müdafiə kompleksləri (HHM) və yerüstü idarəetmə mərkəzləri olub.
Mərkəzi Komandanlığın açıqlamasında CENTCOM qüvvələrinin Hörmüz boğazı zonasında İranın HHM sistemlərinə, yerüstü idarəetmə bazalarına və radar məntəqələrinə zərbələr endirdiyi vurğulanıb.
CENTCOM-un təqdim etdiyi məlumata əsasən, hücumlar ABŞ Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən atılan yüksək dəqiqliyə malik sursatların tətbiqi ilə həyata keçirilib.
скачать dle 12.1

Şərhlər