SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında böyük anlaşma

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında böyük anlaşma

Tarix:

Bu gün, 20:49

/ 2 980 dəfə oxundu.
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında böyük anlaşma

Səudiyyə Ərəbistanı Türkiyə üçün tranzit keçidini yenidən açıb.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Onun sözlərinə görə, əldə olunan razılaşmalar çərçivəsində Ər-Riyad Türkiyə yükdaşıyıcıları üçün tranzit keçidini bərpa edib və türk TIR sürücülərinə tranzit vizaları verməyə başlayıb.
Bununla da Habur sərhəd-keçid məntəqəsi (Türkiyənin İraqla əsas sərhəd keçidi) vasitəsilə Türkiyə yük maşınları yenidən Fars körfəzi ölkələrinə – Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Omana sərbəst şəkildə hərəkət edə bilirlər.
İlin ilk altı ayında Habur sərhəd-keçid məntəqəsindən hər iki istiqamətdə orta hesabla təxminən 2 min yük maşını keçib. İyul ayının ilk 22 günü ərzində isə bu göstərici artıq 2,5 mini ötüb.
Ömər Bolat bu artımı, həmçinin “İnkişaf Yolu” layihəsi ilə əlaqələndirib. Həmin layihənin İraqın Bəsrə şəhərini Türkiyə sərhədi ilə birləşdirməsi nəzərdə tutulur.Konkret.az
скачать dle 12.1

Şərhlər