
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.
GunAz.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***24.07.2026
Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.
GunAz.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.
Lakin bundan bir qədər sonra qız öz həyətyanı sahələrində yaralanmış şəkildə tapılıb.
Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.































