SON DƏQİQƏ

"Moyka"da "BMW" YANDI

Tarix:

Bu gün, 14:06

/ 2 345 dəfə oxundu.
"Moyka"da "BMW" YANDI

Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb.
Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində "BMW" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
скачать dle 12.1

Şərhlər