
Ali təhsil müəssisələrinə qəbul üzrə I və IV ixtisas qrupları üzrə keçirilən ikinci cəhd imtahanının nəticələrinin elan olunacağı vaxt məlum olub.
GunAz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticələrin növbəti həftənin əvvəllərində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanı 12 iyul 2026-cı il tarixində keçirilib.































