SON DƏQİQƏ
» » Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub

Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub

Tarix:

Bu gün, 17:34

/ 2 345 dəfə oxundu.
Ağdamın iki kəndində yanğın başlayıb: Üç rayondan qüvvələr cəlb olunub

Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb.
GunAz.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Ərazinin bir hissəsinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
скачать dle 12.1

Şərhlər