SON DƏQİQƏ
» » Cəbrayıl, Ağdərə və Xocalıya 257 nəfərdən ibarət köç karvanı yola salınıb

Cəbrayıl, Ağdərə və Xocalıya 257 nəfərdən ibarət köç karvanı yola salınıb

Tarix:

Bu gün, 08:56

/ 2 580 dəfə oxundu.
Cəbrayıl, Ağdərə və Xocalıya 257 nəfərdən ibarət köç karvanı yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salınıb.
GunAz.az xəbər verir ki, növbəti mərhələdə Xocalı rayonunun Xanabad kəndinə 10 ailədən ibarət 31 nəfər, Təzəbinə kəndinə 9 ailədən ibarət 39 nəfər, Badara kəndinə 6 ailədən ibarət 24 nəfər, Daşbulaq kəndinə 2 ailədən ibarət 7 nəfər, Seyidbəyli kəndinə isə 1 ailədən ibarət 5 nəfər köçürülüb.
Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 10 ailədən ibarət 34 nəfər, Vəngli kəndinə 6 ailədən ibarət 26 nəfər, Həsənriz kəndinə 6 ailədən ibarət 17 nəfər, Kolatağ kəndinə isə 3 ailədən ibarət 19 nəfər daimi yaşayış üçün yola salınıb.
Eyni zamanda, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 12 ailə, ümumilikdə 55 nəfər, yola salınıb.
Ümumilikdə bu köç karvanında 65 ailədən, 257 nəfər doğma yurdlarına yola salınıb.
скачать dle 12.1

Şərhlər