SON DƏQİQƏ
» » Qoyunlarla yoxa çıxan Salyan sakinindən xəbər var - VİDEO

Qoyunlarla yoxa çıxan Salyan sakinindən xəbər var - VİDEO

Tarix:

Bu gün, 12:31

/ 3 244 dəfə oxundu.
Qoyunlarla yoxa çıxan Salyan sakinindən xəbər var - VİDEO

Oğul atasının 85 baş qoyununu oğurlayıb. Atası qoyunları Xırdalan şəhərindən tapıb.
GunAz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun  Qırxçıraq kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 26 yaşlı  Ramiz  Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb. Valideyni ondan şübhələnərək hərəkətə keçib.
Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.  Ötən gün isə Təsərrüfat sahibi Xırdalanda qəssabxanaların birinə gedərək qoyunlarını tanıyıb.
Ailə üzvləri bildirir ki, bundan əvvəl də övladları bir neçə dəfə eyni hadisəni törədib və sonradan evə qayıdıb. Amma bu dəfə övladlarının da yoxa çıxması onların təşvişinə səbəb olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.
скачать dle 12.1

Şərhlər