
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazındakı hücumları nəticəsində zədələnmiş gəmilərə və ya yüklərə dəyən zərərin ABŞ-də dondurulmuş İran aktivləri hesabına ödəniləcəyini bildirib.
GunAz.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
GunAz.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
“Əlavə xəbərdarlığa qədər gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər şeyə dəyən zərər ABŞ-nin mülkiyyətində və nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcək”, - Tramp bildirib.
O əlavə edib ki, bu qərar ədalətli olacaq və İranın vurduğu zərəri ödəyəcək.
Qeyd edək ki, iyulun 22-də Amerika Prezidenti İranın Hörmüz boğazında gəmilərə endirdiyi zərbələrə cavab olaraq, Amerika qüvvələrinin İrandakı körpülərə və elektrik stansiyalarına hücum edəcəyini bildirmişdi.
Xatırladaq ki, iyun ayında İran yenidən Hörmüz boğazını bütün gəmiçilik üçün bağlamış, SEPAH ABŞ-nin İrana qarşı hərbi əməliyyatları dayandırana qədər boğazın bağlı qalacağını bildirmişdi.































