SON DƏQİQƏ

Əhəmiyyətli və vacib-SOÇİ GÖRÜŞÜ

Tarix:

4-11-2022, 21:53

/ 2 036 dəfə oxundu.
Əhəmiyyətli və vacib-SOÇİ GÖRÜŞÜ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SOÇİDƏ HEYDƏR ƏLİYEV SAYAĞI QƏTİYYƏT NÜMAYİŞ ETDİRDİ

2022-ci il oktyabrın 31-də Rusiya Federasiyasının Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildi.

Həmin görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin Soçidə havanın yaxşı olmadığına, yağış yağmasına baxmayaraq bu görüşün əhəmiyyətli və vacib olduğunu qeyd edib və bu görüşün məqsədinin 2020-ci və 2021-ci illərdə nail olunmuş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiyanın münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynadığını qeyd edən Azərbaycan Prezidentinə təşəkkürünü bildirib və deyib:”Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm”.

Daha sonra Prezidenti Vladimir Putin "bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək”.-deyərək baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun yardıldığını, onların iqtisadi məsələlərin həlli baxımından kifayət qədər irəlilədiklərini, burada da əlavə impuls vermək lazım olduğunu, Azərbaycan tərəfinin bu istiqamətdə kifayət qədər fəal işlədiyini qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə dəvətə görə təşəkkür edərək yenidən görüşmək, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etməklə münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanı olduğunu bildirib. Bugünkü görüşün bizim regional məsələlərə həsr edildiyini qeyd edən prezident İlham Əliyev "Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə” Vladimir Putinə bir daha təşəkkürünü bildirib. Prezident İlham Əliyev İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu, indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişdiyini xatırladaraq deyib: ”...əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür”.

Azərbaycanın dövlət başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, iki il bundan əvvəl həll edildiyini, buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ olmadığını qeyd edərək deyib:”Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik”.

 QAFAR ƏLİYEV

YAP QARADAĞ RAYON TƏŞKİLATININ SƏDRİ      

скачать dle 12.1

Şərhlər