SON DƏQİQƏ

Kralın böyük qızı vəfat etdi

Tarix:

Bu gün, 09:07

/ 2 345 dəfə oxundu.
Kralın böyük qızı vəfat etdi

Tailand kralı Maha Vaçiralonqkornun (Rama X) böyük qızı şahzadə Pxatçara Kittiyapxa Banqkokda vəfat edib.
GunAz.az xəbər verir ki, bu barədə Kral sarayının bürosu məlumat yayıb.
Bildirilib ki, tibb heyətinin göstərdiyi diqqətli qayğıya baxmayaraq, şahzadənin vəziyyəti tədricən pisləşib.
"O, 2026-cı il iyunun 11-də, cümə axşamı, saat 19:48-də, 47 yaşında Tailand Qırmızı Xaç Cəmiyyətinə məxsus Kral Çulalonqkorn adına Memorial Xəstəxanada dünyasını dəyişib", – rəsmi məlumatda bildirilir.
Qurumun açıqlamasında əlavə olunub ki, şahzadə 2022-ci il dekabrın 15-dən ürək xəstəliyi səbəbindən huşsuz vəziyyətdə xəstəxanada idi.
Pxatçara Kittiyapxa 2022-ci ilin dekabrında Tailandın şimal-şərqindəki Nakxonratçasima əyalətində itlərini məşq etdirərkən huşunu itirmişdi. Əvvəlcə yerli xəstəxanaya çatdırılan şahzadə, vəziyyəti stabilləşdikdən sonra ölkənin ən yaxşı tibb müəssisələrindən biri olan Banqkokdakı Kral Çulalonqkorn adına Memorial Xəstəxanaya köçürülmüşdü. Bütün bu müddət ərzində şahzadə süni tənəffüs cihazına qoşulu şəkildə həyatda saxlanılırdı.
скачать dle 12.1

Şərhlər