SON DƏQİQƏ
» » Ermənistanda seçki qalmaqalı-SEÇKİ NƏ İLƏ BİTƏCƏK

Ermənistanda seçki qalmaqalı-SEÇKİ NƏ İLƏ BİTƏCƏK

Tarix:

Dünən, 23:30

/ 3 993 dəfə oxundu.
Ermənistanda seçki qalmaqalı-SEÇKİ NƏ İLƏ BİTƏCƏK

Ermənistanda yenicə başa çatan parlament seçkilərinin rəsmi nəticələrinin elan olunması ərəfəsində ölkədə ciddi kadr və hüquqi qalmaqal yaşanır. Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə zamanı hərbçilərin qanunsuz müdaxiləsi və kütləvi cəmləşməsi aşkar edilən iki mühüm seçki məntəqəsində nəticələri rəsmən ləğv edib.
GunAz.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan MSK-nın keçirdiyi növbədənkənar təcili iclasda bu barədə qərar qəbul olunub. Komissiyanın sədri Vaagn Ovakimyan bəyan edib ki, seçki qanunvericiliyinin kobud şəkildə pozulduğu məntəqələrdən biri Zəngəzurun (Sünik) Aqarak bölgəsində, ikincisi isə paytaxt İrəvanın Nubaraşen rayonunda yerləşir. Hər iki strateji məntəqədə səsvermə başa çatdıqdan sonra cinayət tərkibli hallara yol verildiyi qeyd olunub.
MSK rəhbərinin sözlərinə görə, rəsmi olaraq səsvermə saat 20:00-da yekunlaşmalı olduğu halda, hər iki məntəqədə gecə saat 22:00-a və daha sonraya qədər proses qanunsuz olaraq davam etdirilib. Bu müddət ərzində isə məntəqələrin daxilində və ətrafında mütəşəkkil şəkildə irimiqyaslı hərbçi birləşmələrinin və ordunun kütləvi cəmləşməsi qeydə alınıb. Bu ciddi qanun pozuntusu Qərbin maliyyələşdirdiyi “Müstəqil Müşahidəçi” (Independent Observer) qeyri-hökumət təşkilatı da daxil olmaqla, bir çox yerli və beynəlxalq monitorinq qrupları tərəfindən rəsmən protokollaşdırılıb.
Vaagn Ovakimyan bildirib ki, seçki komissiyası qeyd olunan məntəqələrdə səsvermənin yekun fəsadlarını tamamilə etibarsız sayıb və toplanmış bütün təkzibedilməz sübutları, foto-video materialları araşdırılması üçün rəsmən Ermənistan Baş Prokurorluğuna göndərib. Ekspertlər ordunun seçki prosesinə bu cür pərdəarxası və birbaşa müdaxiləsini Paşinyan hökumətinin səs toplamaq üçün inzibati resurslardan, xüsusilə də silahlı qüvvələrdən təzyiq vasitəsi kimi istifadə etdiyinin bariz sübutu olaraq qiymətləndirirlər. Prokurorluğun araşdırmasından sonra hərbi komandirlər və məntəqə sədrləri barəsində cinayət işinin açılacağı gözlənilir.KONKRET.az
скачать dle 12.1

Şərhlər