SON DƏQİQƏ
» » Göygöldə boğulan iki məktəblinin MEYİTİ TAPILDI

Göygöldə boğulan iki məktəblinin MEYİTİ TAPILDI

Tarix:

Bu gün, 18:43

/ 3 242 dəfə oxundu.
Göygöldə boğulan iki məktəblinin MEYİTİ TAPILDI

Göygöl rayonunda iki nəfər göldə boğulub.
GunAz.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki göldə baş verib. Göygöl rayon sakinləri - 2016-cı il təvəllüdlü Yusif Nəsibov və 2017-ci il təvəllüdlü Ramil Həsənov göldə çimən zaman batıblar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları Bəhranbağ qəsəbəsi ərazisindəki süni göldə batan  Ramil Rövşən oğlu Həsənovun və Yusif Sərxan oğlu Nəsibovun meyitini aşkar edərək, sudan çıxarıblar.
Vəfat edənlərdən R.Həsənov Gəncədə yaşayıb. O, babası evinə qonaq gəlibmiş.
скачать dle 12.1

Şərhlər