Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.
GunAz.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalov xəsarət alıblar.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.