SON DƏQİQƏ
» » Yaşayış binasında yanğın olub- Təxliyyə olundular

Yaşayış binasında yanğın olub- Təxliyyə olundular

Tarix:

7-01-2022, 19:09

/ 2 526 dəfə oxundu.
Yaşayış binasında yanğın olub- Təxliyyə olundular

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib, 17 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verib.

 

Qeyd olunub ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər