SON DƏQİQƏ
» » Deputat Səbinə XASAYEVA: Əhalinin problemlərinin həlli mühüm ƏHƏMİYYƏT DAŞIYIR

Deputat Səbinə XASAYEVA: Əhalinin problemlərinin həlli mühüm ƏHƏMİYYƏT DAŞIYIR

Tarix:

Bu gün, 13:50

/ 3 004 dəfə oxundu.
Deputat Səbinə XASAYEVA: Əhalinin problemlərinin həlli mühüm ƏHƏMİYYƏT DAŞIYIR

Milli Məclisin deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində vətəndaşlarla növbəti görüşünü keçirib. Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb.

GunAz.az xəbər verir ki, Milli Məclisin Binəqədi-Qaradağ seçki dairəsi üzrə deputatı Səbinə Xasayeva Lökbatan qəsəbəsində yerləşən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüşdə qəsəbə sakinləri və seçicilər onları narahat edən sosial, məişət və digər məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Səbinə Xasayeva vətəndaşların qaldırdıqları problemləri diqqətlə dinləyərək, onların həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Müraciətlərin bir qismi qanunvericiliyin tələblərinə uyğun olaraq yerində araşdırılıb və operativ şəkildə həllini tapıb. Həlli əlavə araşdırma və aidiyyəti qurumların müdaxiləsini tələb edən məsələlər isə müvafiq dövlət orqanlarına yönləndirilib.
Deputat vətəndaş qəbullarının və seçicilərlə müntəzəm görüşlərin əhalinin problemlərinin öyrənilməsi və onların həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüş iştirakçıları göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, seçicilərlə keçirilən bu cür görüşlər vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılmasına və onların həlli istiqamətində zəruri addımların atılmasına xidmət edir.





скачать dle 12.1

Şərhlər