SON DƏQİQƏ

Deputatla əhəmiyyətli GÖRÜŞ

Tarix:

13-05-2026, 18:42

/ 3 841 dəfə oxundu.
Deputatla əhəmiyyətli GÖRÜŞ

Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Xocəsən qəsəbəsində sakinlərlə növbəti görüşünü keçirib. Görüş zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Deputat seçicilərin qaldırdığı problemlərə həssas yanaşaraq, bəzi müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə yerində həll olunmasına dəstək göstərib. Digər məsələlərin isə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün müvafiq addımlar atılıb.

Görüşdə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova də iştirak edib. Görüş çərçivəsində qəsəbə sakinlərinin sosial rifahı, infrastruktur məsələləri və digər aktual problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sakinlər onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, bu cür görüşlərin vətəndaşlarla birbaşa ünsiyyət baxımından əhəmiyyətini vurğulayıblar.

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər