SON DƏQİQƏ
» » MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

Tarix:

23-12-2024, 20:19

/ 3 531 dəfə oxundu.
MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar:
“Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək. Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər”.
скачать dle 12.1

Şərhlər