
“Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrində kondisionerdən istifadəyə görə əlavə ödəniş tələb edilə bilməz”.
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev GunAz.az-a açıqlamasında deyib.
Yasin Mustafayev
Onun sözlərinə görə, taksilərə qoyulan tələblərdən biri də isitmə və soyutma sisteminin avtomobildə olması və işlək vəziyyətdə saxlanmasıdır:
“Əgər bu sistemin avtomobildə olması tələb kimi qoyulubsa, demək ki, o zəruri hallarda işlədilməlidir. Bu qurğular bəzək üçün nəzərdə tutulmayıb. Avtomobil istidirsə, soyutma sistemi – yəni kondisioner işə salınmalıdır. Soyuq havada isə əksinə, isitmə sistemi işləməlidir. Bu, sərnişinin rahatlığı və təhlükəsizliyi üçün vacibdir”.Ekspert əlavə edib ki, bu xidmətə görə sərnişindən əlavə ödəniş tələb olunması qanunsuzdur.