
Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası “TikTok”u məlumatları qanunsuz olaraq topladığı və istifadə etdiyinə görə, 10,3 milyard von (7 milyon dollar) cərimələyib.
GunAz.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası məlumat yayıb.
GunAz.az “Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası məlumat yayıb.
Cərimə Sinqapurda yerləşən Cənubi Koreyadakı sosial şəbəkə platformasını idarə edən `”TikTok Pte. Ltd.” şirkətinə tətbiq edilib.
Tənzimləyici orqan şirkətin 9,45 milyon yerli istifadəçidən lazımi qaydada məlumat vermədən məlumat topladığını müəyyən edib.
Agentlik yazır ki, tənzimləyici həmçinin “Apple Inc.”in iki törəmə şirkətinə qarşı islahedici tədbirlər görməyi əmr edib və onlara ümumilikdə 252 milyon von cərimə tətbiq edib. Cərimə “Siri” istifadəçilərindən onların razılığı olmadan səs yazılarının və transkriptlərinin toplanması ilə bağlı olub. Komissiya müəyyən edib ki, “Apple” bu məlumatları 2019-cu ilin avqust ayına qədər icazəsiz toplayıb. 2019-cu ilin oktyabr ayından etibarən şirkət səs yazıları üçün razılıq tələb etməyə başlayıb, lakin icazəsiz transkriptləri emal etməyə davam edib.































