Taksidə kondisioneri işlətməyə görə sərnişindən pul tələb edilə bilər?

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev GunAz.az-a açıqlamasında deyib.

Yasin Mustafayev
Onun sözlərinə görə, taksilərə qoyulan tələblərdən biri də isitmə və soyutma sisteminin avtomobildə olması və işlək vəziyyətdə saxlanmasıdır:
“Əgər bu sistemin avtomobildə olması tələb kimi qoyulubsa, demək ki, o zəruri hallarda işlədilməlidir. Bu qurğular bəzək üçün nəzərdə tutulmayıb. Avtomobil istidirsə, soyutma sistemi – yəni kondisioner işə salınmalıdır. Soyuq havada isə əksinə, isitmə sistemi işləməlidir. Bu, sərnişinin rahatlığı və təhlükəsizliyi üçün vacibdir”.Ekspert əlavə edib ki, bu xidmətə görə sərnişindən əlavə ödəniş tələb olunması qanunsuzdur.