
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
GunAz.az xəbər verir ki, söhbət 17 vaqondan ibarət 984 ton dizel yanacağından gedir.
Məhsulları daşıyan qatar bu gün saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.






























