
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.
Bu barədə GunAz.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.






























