SON DƏQİQƏ
» » Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

Tarix:

11-03-2023, 22:51

/ 2 962 dəfə oxundu.
Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

 Qaradağ rayonunun Qobustan qəsəbəsində 321 saylı məktəbin təşkilatçılığı və ev sahibliyi ilə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan və Ələt qəsəbəsinin 6 məktəbinin yuxarı sinif şagirdləri arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə dahi liderin həyat və fəaliyyətinə, xilaskarlıq, quruculuq və siyasi liderlik xüsusiyyətlərinə həsr olunmuş suallardan ibarət İNTELLEKTUAL YARIŞ - MÜSABİQƏ keçirildi. Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbirə qatılıb və orada ulu öndərin həyat və fəaliyyəti barədə çıxış edib.

Müsabiqəyə Qobustan qəsəbəsinin 195 saylı məktəbinin "Xarı Bülbül" komandası, Qobustan qəsəbəsinin 223 saylı məktəbinin "Tomris" komandası, Qobustan qəsəbəsinin 321 saylı məktəbinin "Əsrin lideri" komandası, Ələt qəsəbəsinin 110 saylı məktəbinin "Hüriyyət" komandası, Ələt qəsəbəsinin 302 saylı məktəbinin "Boz qurd " komandası, Ələt qəsəbəsinin 127 saylı məktəbinin "Difai" komandası olmaqla müsabiqəyə iki qəsəbənin 6 komandadan 30-dan çox yuxarı siniflərinin şagirdi qatılmışdı. Münsiflər heyətinin yektil qərarı ilə Ələt qəsəbəsinin 302 saylı məktəbinin "Boz qurd" komandası "BİRİNCİ" yerə, Ələt qəsəbəsinin 110 saylı məktəbinin "Hüriyyət" komandası "İKİNCİ" yerə, Qobustan qəsəbəsinin 223 saylı məktəbinin "Tomris" komandası isə "ÜÇÜNCÜ" yerə layiq görülüblər. Qaliblər mükafatlandırılıb və diplomlara layiq görülüb. YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxış edərək yüksək səviyyəli tədbirin hazırlanmasında böyük zəhməti olan şəxslərə-Qobustan Qəsəbəsinin 321 saylı məktəbinin direktoru Könül Hüseynovaya, 223 saylı məktəbin direktoru Aynurə Qurbanovaya, 110 saylı məktəbin direktoru Sərvinaz Hüseynovaya və tədbirə qatılan hər kəsə təşəkkür edərək qalibləri, onların müəllimlərini və valideynlərini təbrik edib. Novruz bayramı ərəfəsində keçrilən bu maraqlı tədbir zamanı arada fasilələr verilir, ulu öndərə aid şerlər söylənilir, musiqi və mahnılarla müşayiət olunurdu. Çox maraqlı keçən tədbirin sonunda xatirə şəkli çəkilib.

Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİBAzad Rzazadə

Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

 

Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

 

Qobustan qəsəbəsində məktəblilər arasında İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

 


 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ