SON DƏQİQƏ
» » Bakının üç əsas küçəsi iki gün bağlı OLACAQ

Bakının üç əsas küçəsi iki gün bağlı OLACAQ

Tarix:

Bu gün, 14:38

/ 2 615 dəfə oxundu.
Bakının üç əsas küçəsi iki gün bağlı OLACAQ

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar üç küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

GunAz.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi ("Baksol" yolu) - (Z.Bünyadov prospektindən S.Abdullayev küçəsi, döngə 1-dək) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

AAYDA aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.

скачать dle 12.1

Şərhlər