SON DƏQİQƏ

"Bavi" qasırğası: 2 milyon təxliyə

Tarix:

Bu gün, 13:20

/ 2 345 dəfə oxundu.
"Bavi" qasırğası: 2 milyon təxliyə

Çinin şərq sahillərinə yaxınlaşan "Bavi" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.
GunAz.az “Reuters“-ə istinadən  xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü yağış və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.
Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.
Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.
скачать dle 12.1

Şərhlər