SON DƏQİQƏ

Bu gün paytaxtın 544 küçəsi yuyuldu

Tarix:

Bu gün, 19:07

/ 2 618 dəfə oxundu.
Bu gün paytaxtın 544 küçəsi yuyuldu

İyulun 11-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

GunAz.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
скачать dle 12.1

Şərhlər