SON DƏQİQƏ

Rusiya Odessaya raket zərbəsi ENDİRDİ

Tarix:

Bu gün, 15:17

/ 2 674 dəfə oxundu.
Rusiya Odessaya raket zərbəsi ENDİRDİ

Rusiya ordusu iyulun 11-i səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbəsi endirib, nəticədə 2 nəfər ölüb, bir nəfər yaralanıb.

GunAz.az xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

"Odessaya endirilən raket zərbəsi nəticəsində, ilkin məlumata görə, təəssüf ki, iki nəfər ölüb. Daha bir nəfər - 24 yaşlı kişi qəlpə yarası alıb", – Oleq Kiper bildirib.

O bildirib ki, raket zərbəsi mülki infrastruktur obyektini hədəf alıb.

Hazırda hadisə yerində bütün aidiyyəti xidmətlər çalışır, yaralıya tibbi yardım göstərilir və hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
скачать dle 12.1

Şərhlər