SON DƏQİQƏ

Şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir

Tarix:

27-09-2022, 16:00

/ 2 903 dəfə oxundu.
Şəhidlərin xatirəsi dərin ehtiramla yad edilir

2022-ci ilin 27 Sentyabrında - Anım Günü ilə əlaqədar Qaradağ rayonunun bütünərazisində Şəhidlər xiyabanı ziyarət olundu,Vətən Müharibəsi şəhidlərinin xatirəsi dərin ehtiramla yad edildi. Həmin gün Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən şəhid olmuş Məstəliyev Nurəddin Hasil oğlunun Qızıldaş qəsəbəsindəki qəbirstanlıqda olan məzarı önünə gül dəstələri qoyulmaqla ziyarət olundu.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi Nürəddin Hasil oğlu Məstəliyevin ailə üzvlərinə baş şəkib, şəhidin ruhunu yad ediblər.

Qeyd edək ki, Məstəliyev Nurəddin Hasil oğlu 2000-ci il fevralın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Onun valideynləri əslən Yardımlı rayonunun Ökü kəndindəndir.

Nurəddin Məstəliyev ibtidai təhsilinə 2007-ci ildə Azər Namazov adına 180 saylı orta məktəbdə başlamışdır. Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanmış, 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçmişdir. O, peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulmuşdur.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ -Vətən Müharibəsi başlayan gün Nürəddin Məstəliyev də digər əsgər və zabitlərlə birlikdə Vətən torpaqlarının işğaldan azad olunması üşün verilmiş əmrə əsasən silaha sarılmış, düşmənə qarşı amansız döyüşlərin getdiyi ilk gündəcə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Nürəddin Hasil oğlu Məstəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Rəsmiyyə Heybətağaqızı

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ