SON DƏQİQƏ
» » “Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirilib

“Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirilib

Tarix:

6-12-2023, 16:48

/ 3 566 dəfə oxundu.
“Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirilib

2023-cü il dekabrın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Qəlblərdə yaşayan Lider” mövzusunda ümumrayon tədbiri keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, millət vəkili Aydın Hüseynov Qaradağ rayon İcra Hakimiyyətinin Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının fəalları, şəhid ailələrinin və qazilərin nümayəndələri, rayon ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla anıldı.
Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirildi.
Azərbaycanın Dövlət himni səsləndirildi və Ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın həm keçmiş Sovet İttifaqı dönəmində, həm də müstəqilliyin bərpasından sonra inkişafında oynadığı əvəzedilməz roluna həsr olunan videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu öndərin həm keçmiş Sovet İttifaqı dövründə, həm də müstəqilliyin bərpasından sonra Azərbaycanın inkişafında oynadığı mühüm rol haqqında məlumat verdi. Cari ili Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğu xatırladan S.Mikayılov Ümumiilli liderin anım günü ərəfəsində təşkil edilən “Qəlblərdə yaşayan Lider” mövzusunda tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Ulu öndər Heydər Əliyevin müstəqilliyin bərpasında, qorunmasında və inkişafında misilsiz xidmətlərini vurğuladı. İcra Hakimiyyətinin başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğrurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, sürətli iqtisadi inkişaf nəticəsində ordumuzun qüdrətləndiyini, 44 gün davam edən Vətən müharibəsi, lokal xarakterli antiterror əməliyyatı nəticəsində qazanılan böyük Zəfərin əhəmiyyətini xüsusi vurğuladı.
Tədbirdə çıxış edən Milli Məclisin Komitə sədri Siyavuş Novruzov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100, Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyi ilə əlaqədar cari ilin hesabat ili olduğunu xatırlatdı. O vurğuladı ki, istər Ulu öndərin, istərsə də prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqına xidmət, xalqımızın rahat yaşayışı və firavan həyatı olub. Komitə sədri bildirib ki, Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlətimizin beynəlxalq nüfuzunun artmasını daim xüsusi diqqət mərkəzində saxlayıb. Azərbaycan xalqının başına gətirilən əsas müsibətlər, torpaqların işğalı, əhalinin qaçqın və məcburi köçkünə çevrilməsi məhz Ulu öndər Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş verib. O qeyd edib ki, Azərbaycanın bu gün qazandığı uğurların əsasında da Ümummilli liderin siyasi xəttinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərin mütəxəsislər tərəfindən bir neçə mərhələyə bölündüyünü xatırladıb. O, qeyd edib ki, Ümummilli lider həmin mərhələlərin hər birində xalqımız üçün çalışaraq böyük fədəkarlıqlar göstərib. Onun hakimiyyətdə olduğu dövrlərdə ermənilər heç vaxt Qarabağın adını belə çəkməyiblər, Azərbaycana qarşı torpaq iddiları ilə çıxış etməyiblər. Azərbaycan bu mərhələlərin hər birində sürətlə inkişaf etmiş, həm keçmiş Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində böyük uğurlara imza atmışdır.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının yanında olduğunu, həmin illərdə qazanılan nailiyətlərin əsasında məhz Heydər Əliyev-xalq birliyinin dayandığını xüsusi vurğulayıb. Səfəvilər dövründən sonra Azərbaycanın daim parçalandığını, bunun nəticəsində torpaqlarını itirdiyini qeyd edən YAP rayon təşkilatının sədri Ümummilli liderin hakimiyyətə gəlişi ilə əlaqədar xalqımızın bəxtinin üç dəfə: 1969-cü il, 1993-cü il və 2003-cü illərdə gətirdiyini bildirib. O qeyd edib ki, 1969-cu ildə ilk dəfə hakimiyyətə gələn Ulu öndər qısa müddətdə xalqımızın adını hər yerdə tanıtdı, əməlləri ilə sübut etdi ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biri olmaqla yanaşı, həm də böyük, müdrik, dahi xalqdır. Bunu xalqımızın bəşəriyyətə verdiyi dahi şəxsiyyətlərin adları sübut edir. Həmçinin Azərbaycan xalqı dünyanın ən yüksək səviyyədə inkişaf etmiş mədəni xalqlarından biridir.
YAP rayon təşkilatının sədri xatırladıb ki, 1987-ci ildə məhz Heydər Əliyevin siyasət səhnəsindən uzaqlaşdırılması nəticəsində Azərbaycan xalqı faciələrlə qarşılaşmış, torpaqlarımız geniş ərazidə işğala məruz qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider qısa zaman kəsiyində ölkəmizdə davam edən xaosun, özbaşınalığın, ərazilərin işğalının qarşısını almış, Azərbaycanı növbəti dəfə inkişaf yoluna çıxarmışdır.
Xalqımızın bəxtinin üçüncü dəfə 2003-cü ildə gətirdiyini qeyd edən Qafar Əliyev həmin vaxt Heydər Əliyevin ən layiqli davamçısı İlham Əliyevin Prezident seçilməsində gördüyünü bildirmişdir. O qeyd etmişdir ki, həmin vaxt demokratik yolla keçirilən seçkilər nəticəsində hakimiyytə gələn İlham Əliyev ata vəsiyyətinə əməl eədərək Ulu öndərin başa çatdıra bilmədiyi bütün arzularını gerçəkləşdirmiş, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov Ulu öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanın daim irəliyə doğru irəlilədiyini, misilsiz uğrlara imza atdığını bildirmişdir. O qeyd etmişdir ki, Ümmummili liderin siyasi xəttinin ardıcıl və davamlı şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan böyük sosial-iqtisadi nailiyyətlər qazanaraq regionun lider dövlətinə çevrilmişdir.
Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Ulu öndər Heydər Əliyevin adının daim Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. İcra başçısı Ümummilli lider Heydər Əliyevin sözlərini xatırladaraq bu gün həqiqətən də Azərbaycanın dünyaya Günəş kimi doğduğunu qeyd edib.
Bilman İSAQ









скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ