SON DƏQİQƏ
» » “Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu”-DƏYİRMİ MASA

“Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu”-DƏYİRMİ MASA

Tarix:

18-10-2023, 21:37

/ 4 090 dəfə oxundu.
“Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu”-DƏYİRMİ MASA

 Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirmi masa keçirildi.
Qaradağ rayon İcra Hakimiyyəti, YAP Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birlikdə təşkil etdiyi tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, tuğ-general Yücəl Karaüz, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix üzrə fəlsəfə doktoru Fordovsiyyə Əhmədova, Milli Məclisin deputatlarıı Aydın Quliyev və Səbinə Xasayeva, Qaradağ rayon İcra Hakimiyyətinin Şura üzvləri, YAP Qaradağ rayon təşkilatının fəalları, şəhid ailələrinin və qazilərin nümayəndələri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla anıldı.
Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra Ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpasında roluna və Qarabağda Azərbaycanın suverenliyinin tam və qəti şəkildə bərpasına həsr olunmuş videoçarx nümayiş etdirildi.
YAP Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev tədbiri açaraq 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixində xüsusi yer tutuduğunu bildiridi, iştirakçıları bu möhtəşəm bayram münasibətilə təbrik etdi. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən “Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirmi masanın əhəmiyyətini yüksək qiymətləndirərək Ulu öndər Heydər Əliyevin müstəqilliyin bərpasında, qorunmasında və inkişafında misilsiz xidmətlərini vurğuladı. Yap Rayon təşkilatını sədri bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğrurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd edərək, çıxış üçün sözü İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova verdi.
Dəyirmi masada çıxış edən Qaradağ rayon İcra Hakimiyyyətinin başçısı Süleyman Mikayılov hər bir xalq üçün dövlət müstəqilliyinin ən önəmli məsələlərdən biri, müstəqilliyin qorunub saxlanılmasının isə onun qazanılmasından qat-qat çətin olduğunu vurğuladı. O bildirdi ki, dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının 70 ildən çox bir dövrdə başlıca məqsədi olmuşdur. S.Mikayılov 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin avqustun 30-da Müstəqillik Bəyannaməsini, oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini xatırlatdı. O qeyd etdi ki, qəbul edilən Konatitusiya aktından sonra bir sıra ölkələr Azərbaycanı müstəqil dövlət kimi tanısalar da ölkəmiz tam müstəqilliyini yalnız Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra əldə edə bildi. Ümummilli lider Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməlini qoydu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin hakimiyytə gəlişinin ilk illərində qəbul edilən regionların sosial-iqtisadi inkişafının Dövlət proqramlarını xatırldaan icra başçısı bunun nəticəsində regionlarımızın sürətli inkişaf yoluna çıxdığını bildirdi.
S.Mikayılov bildirdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib, suverenliyimiz və ərazi bütövlüyümüz tam və qəti şəkildə bərpa edilib. Oqeyd etdi ki, bir neçə gün bundan əvvəl Xankəndi də daxil olmaqla işğal altında olan digər şəhərlərdə Azərbaycanın dövlət bayrağının qaldırılması hər bir vətəndaşımıza böyük qürur və fəxarət verir.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, tuğ-general Yücəl Karaüz ölkəmizin müstəqilliyinin bərpa olunmasının qardaş Türkiyədə də böyük sevinclə qarşılandığını və bu gün böyük fərəhlə qeyd edildiyini bildirdi. Tuğ-general Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözlərini xatırladaraq türkiyənin hər zaman Azərbaycnın yanında olduğunu və qazandığı bütün zəfərlərə ürəkdən sevindiyini vurğuladı. O, hazırada bir dövlət ifadəsinin artıq böyüyərək yeddi dövlətə çevrildiyini xüsusi qeyd etdi.
Azərbaycan Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Fordovsiyyə Əhmədova dəyirmi masada çıxış edərək cari ilin çox möhtəşəm hadisələrlə bütün türk dünyasının tarixində xüsusi yer tutuduğunu qeyd etdi. O, xatırlatdı ki, cari ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyəinin yaradılmasının 100 illikləri təntənli şəkildə qeyd edilir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” sözlərini xatırladan F.Əhmədova ölkə rəhbərliyinin bu istiqamətdə atdığı addımlar nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini vurğuladı. Ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində ərsəyə gələn “Əsrin müqaviləsi”ni xatırladan tarixçi alim onun mühüm strateji əhəmiyyətə malik addım kimi xarakterizə etdi.
F.Əhmədova çıxışının sonunda tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Ulu öndər Heydər Əliyevin orijinal fotosunu və Dövlət İdarəçilik Akademiyasının nəşrlərini Heydər Əliyev Mərkəzinə hədiyyə etdi.
Dəyirmi masada çıxış edən Milli Məclisin deputataları Aydın Hüseynov və Səbinə Xasayeva da tədbir iştirakçılarını həm Müstəqilliyin bərpası, həm də son günlər yaşadığımızı tarixi günlər münasibətilə təbrik etdilər. Bildirdilər ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib, iqtisadi artım sürətinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Ötən dövrdə, yəni müstəqilliyimizin bərpasından keçən 32 il ərzində Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Və bu hər bir azərbaycanlının qəlbində böyük iftixar hissi doğurur.
Tədbirə yekun vuran İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə bir daha tədbir iştirakçılarını təbrik etdi. İcra başçısı Ümummilli lider Heydər Əliyevin sözlərini xatırladaraq bu gün həqiqətən də Azərbaycanın dünyaya Günəş kimi doğduğunu bildirdi. Tədbir iştirakçılarına təşəkkürünü çatdıraraq belə tədbirlərin bundan sonra da keçiriləcəyini və hörmətli qonaqları həmin tədbirlərdə təkrar görməkdən məmnun olacağını qeyd etdi.
Bilman İSAQ






скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ