SON DƏQİQƏ

“Milli Dirçəlişdən Milli Qurtuluşa”

Tarix:

17-11-2023, 17:02

/ 2 810 dəfə oxundu.
“Milli Dirçəlişdən Milli Qurtuluşa”

17 noyabr 2023-cü il tarixdə Qaradağ rayonun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Milli Dirçəliş Günü və YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə "Milli Dirçəlişdən Milli Qurtuluşa” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aydın Hüseynov, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad etdilər.
Sonra iştrakçılar Heydər Əliyev Mərkəzinin foyeisndə Ulu öndərin anadan olmasını 100-cü ildönümü ilə əlaqədar təşkil edilmiş fotosərgi ilə tanış oldular.
Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı və Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov iştirakçıları slamalayaraq onları Milli Dirçəliş Günü münasibətilə təbrik etdi və 17 noyabr – Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışdı. Nadir Muradov qeyd etdi ki, 1988-ci il noyabrın 17-si Azərbaycan xalqının tarixində, mütəqillik hissinin oyanmasında, istiqlaliyyət mübarizəsində misligörünməmiş bir hadisə idi.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı həmin tarixin iştirakçısı kimi 17 noyabrın Azərbaycan tarixinin ən parlaq günlərindən biri olduğunu və xalqımızın haqlı olaraq onu Milli Dirçəliş günü adlandırdığını bildirdi. O, Milli Dirçəliş sözünün anlamının çox böyük məna daşıdığını, o vaxtlar meydana on minlərlə insan axışsa da bəzi liderlərin səhvi üzündən meydan hərəkatının uğur qazana bilmədiyini qeyd etdi. "1993-cü ildən sonra 30 il müddətində, xüsusilə də II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalq, həmin milli ruh və iradə yerindədir"- deyə millət vəkili əlavə edib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Dirçəliş Gününün xalqımızın qəhrəmanlıq tarixinin şanlı bir hissəsi olduğunu bildirib. O qeyd edib ki, həmin vaxt xalqın başında dayanan vahid liderin olmaması nəticəsində həmin hərəkat imperiya tərəfindən 20 Yanvar faciəsi törədilməklə yatırıldı. Qafar Əliyev 1990-cı ilin iyununda ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışı ilə xalq hərəkatının qərargahının Naxçıvana keçdiyini bildirib.
Millət vəkili Aydın Hüseynov Milli Dirçəliş Günü və YAP-ın yaranması ilə əlaqədar xatirələrini bölüşdü.
Bilman İSAQ





скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ