SON DƏQİQƏ

Şəmkirdə evin damından meyit tapılıb

Tarix:

9-04-2024, 13:25

/ 3 077 dəfə oxundu.
Şəmkirdə evin damından meyit tapılıb

Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında meyit tapılıb.
Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının damında ölən 1 nəfərin meyitinin düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit binanın damından düşürülərək aidiyyəti üzrə təhvil verilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ