SON DƏQİQƏ
» » Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Tarix:

7-11-2023, 12:13

/ 445 dəfə oxundu.
Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Gunaz.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ