SON DƏQİQƏ
» » Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Tarix:

23-06-2023, 09:13

/ 1 670 dəfə oxundu.
Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ