SON DƏQİQƏ

Türkiyədə daha bir tələb ləğv edildi

Tarix:

30-05-2022, 08:09

/ 1 208 dəfə oxundu.
Türkiyədə daha bir tələb ləğv edildi

Türkiyədə xəstəxanalar istisna olmaqla, digər yerlərdə qoruyucu maska ​​taxmaq artıq məcburi deyil.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

"Üçüncü gündür ki, gündəlik yoluxma sayı 1000-dən azdır. İstənilən halda ictimai nəqliyyatda qoruyucu maska ​​taxmaya bilərik. Xəstəxanalar istisna olmaqla, maska ​​taxmaq məcburi deyil. Lakin ictimai nəqliyyatda və insanların sıx toplaşdığı yerlərdə maska taxılması tövsiyə olunur”, - nazir Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, son sutka ərzində Türkiyədə 864 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb.

скачать dle 12.1

Şərhlər