SON DƏQİQƏ
» » Myanmada kiberdələduzları edam edə biləcəklər - Yeni qanun

Myanmada kiberdələduzları edam edə biləcəklər - Yeni qanun

Tarix:

Bu gün, 17:45

/ 2 345 dəfə oxundu.
Myanmada kiberdələduzları edam edə biləcəklər - Yeni qanun

Myanma parlamenti onlayn dələduzluq mərkəzlərində məcburi əməkdən istifadə edən cinayətkarlar üçün edam olunmağı da nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
GunAz.az xəbər verir ki, bu barədə məlumatı "Agence France-Presse" (AFP) agentliyi yayıb.
Parlamentin yuxarı palatasının spikeri Aunq Lin Dve qeyd edib ki, aşağı palata ilə aparılan müzakirələrdən sonra təklif olunan dəyişikliklər rəsmən təsdiqini tapıb. Hələ mayda ictimaiyyətə təqdim edilən sənəddə kiber dələduzluğa cəlb etmək üçün insanlara qarşı zor tətbiqi, işgəncə verilməsi, onların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və amansız davranışa görə 10 il müddətindən başlayaraq ömürlük həbs və edam təklif olunurdu.
Təsdiqlənmiş qanunvericiliyə əsasən, dələduzların qurbanının zorakılıq nəticəsində həlak olması halında məhkəmə ölüm hökmü çıxara bilər.
"The Global New Light of Myanmar" nəşrinin iyulun 28-də yaydığı məlumata əsasən, Taylandla sərhəd bölgədəki Myavadi və Şve-Kokko şəhərləri kiber fırıldaqçılardan tam təmizlənib. Son aylar ərzində bu ərazilərdə cinayətkar qruplaşmalara aid 17 mərtəbəli bina da daxil olmaqla, 77 qeyri-qanuni tikili sökülərək ləğv edilib. Qəzet əlavə edir ki, Myanma rəhbərliyi qanunsuz mərc oyunları və onlayn dələduzluğa qarşı mübarizə istiqamətində qonşu dövlətlərlə birgə fəaliyyətini gələcəkdə də davam etdirəcək.
скачать dle 12.1

Şərhlər