SON DƏQİQƏ

Dəniz tısbağası üç nəfəri YARALADI

Tarix:

Bu gün, 15:59

/ 2 345 dəfə oxundu.
Dəniz tısbağası üç nəfəri YARALADI

Xorvatiyanın Kaştela sahillərində dəniz tısbağası bir gündə üç nəfərə hücum edib.
GunAz.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yüngül xəsarətlərlə – cızıq və qızartılarla xilas olub. Üçüncü şəxs isə daha ciddi xəsarət alıb.
Məlumata görə, tısbağa qadının ombasını dişləyib. Qadın heyvanı buraxmaq üçün ona zərbə endirib və bu zaman barmağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Mütəxəssislər bildiriblər ki, dəniz tısbağasının dişləməsi sadə cızıq deyil və infeksiyaya səbəb ola bilər. Bu səbəbdən belə xəsarətlər zamanı həkimə müraciət etmək tövsiyə olunur.
скачать dle 12.1

Şərhlər