SON DƏQİQƏ
» » Dünya Kubokuna sponsorluq şirkətlərə nə qazandırıb?

Dünya Kubokuna sponsorluq şirkətlərə nə qazandırıb?

Tarix:

Bu gün, 16:51

/ 2 345 dəfə oxundu.
Dünya Kubokuna sponsorluq şirkətlərə nə qazandırıb?

2026-cı il FIFA Dünya Kubokuna sponsor olmaq şirkətlərə qlobal auditoriyaya çıxış imkanı yaratmaqla onların brend dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
GunAz.az “Brand Finance” şirkətinə istinadən xəbər verir ki, ən böyük qazancı Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” əldə edib.
Şirkətin brend dəyəri təxminən 1,1 milyard dollar artaraq 2026-cı ilin əvvəlindəki 47,3 milyard dollardan iyul ayına 48,4 milyard dollara yüksəlib.
İkinci pillədə yer alan “Verizon” isə təxminən 1 milyard dollar əlavə brend dəyəri qazanaraq ümumi göstəricisini 74 milyard dollara yaxınlaşdırıb. İlk üçlüyü “Hyundai” tamamlayıb. Şirkətin brend dəyəri Dünya Kuboku sponsorluğu sayəsində 836 milyon dollar artıb.
İlk dördlükdə yer alan “Coca-Cola” isə 733 milyon dollarlıq əlavə brend dəyəri əldə edib.
“Brand Finance” bildirir ki, ümumi sponsorlar arasında yaranan əlavə dəyərin yarıdan çoxu məhz ilk dörd şirkətin payına düşüb.
Maliyyə və istehlak sektorunun digər iri şirkətləri də nəzərəçarpacaq nəticələr göstəriblər. “Bank of America” brend dəyərini 631 milyon dollar, “Visa” 532 milyon dollar, “Home Depot” isə 402 milyon dollar artırıb. “Kia”, “McDonald's” və “Lenovo” da müvafiq olaraq 365 milyon, 309 milyon və 295 milyon dollar əlavə brend dəyəri qazanıblar.
Araşdırma göstərir ki, bəzi şirkətlər dollar ifadəsində daha az qazanc əldə etsələr də, faiz baxımından daha yüksək artım nümayiş etdiriblər. Məsələn, “Lenovo”nun 295 milyon dollarlıq artımı şirkətin əvvəlki brend dəyərinə nisbətdə 4,2% yüksəliş deməkdir ki, bu da təhlildə ən yüksək göstəricidir. “Kia” (3,5%) və “Hyundai” (3,4%) da faiz artımına görə ön sıralarda qərarlaşıblar.
Nisbətən kiçik sponsorlar arasında “Hisense” cəmi 19 milyon dollar, “Marriott” 20 milyon dollar, “Globant” isə 7 milyon dollar əlavə brend dəyəri qazansa da, xüsusilə “Hisense”in 2,1%-lik artımı orta göstəricini üstələyib.
2026-cı il Dünya Kuboku sponsorlarının təxmini brend dəyəri qazancı:
“Aramco” – 1,1 milyard dollar;
“Verizon” – 1 milyard dollar;
“Hyundai” – 836 milyon dollar;
“Coca-Cola” – 733 milyon dollar;
“Bank of America” – 631 milyon dollar;
“Visa” – 532 milyon dollar;
“Home Depot” – 402 milyon dollar;
“Kia” – 365 milyon dollar;
“McDonald's” – 309 milyon dollar;
“Lenovo” – 295 milyon dollar;
“Lay's” – 254 milyon dollar;
“Adidas” – 232 milyon dollar;
“Budweiser” – 130 milyon dollar;
“Qatar Airways” – 65 milyon dollar;
“Michelob Ultra” – 63 milyon dollar;
“Mengniu” – 59 milyon dollar;
“Airbnb” – 57 milyon dollar;
“American Airlines” – 43 milyon dollar;
“Marriott” – 20 milyon dollar;
“Hisense” – 19 milyon dollar;
“Globant” – 7 milyon dollar.

скачать dle 12.1

Şərhlər