
Avqustun 10-dan etibarən Gürcüstanda 5 nəfərdən çox adamın toplaşaçağı açıq havada qoruyucu maska taxmaq məcburi olacaq.
Bununla bağlı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Bildirilib ki, ölkədə son zamanlar epidemioloji vəziyyət daha da kəskinləşib. Maskadan məcburi istifadə barədə qərar da məhz bu səbəbdən qəbul olunub.
Qeyd edək ki, Gürcüstanda açıq havada maskadan istifadə tələbi iyunun 22-dən ləğv olunub. Qapalı məkanda fərdi qoruyucu vasitədən istifadə qaydası isə qüvvədədir.



























