SON DƏQİQƏ
» » Ermənilər deputatlarımızın qaldığı otelə hücum ediblər

Ermənilər deputatlarımızın qaldığı otelə hücum ediblər

Tarix:

23-02-2022, 08:00

/ 1 437 dəfə oxundu.
Ermənilər deputatlarımızın qaldığı otelə hücum ediblər

Ermənistanın daşnaksütyun Partiyasının üzvləri azərbaycanlı deputatların İrəvana səfərinə etiraz olaraq, onların qaldığı ötelin önündə aksiya keçirib.

Əvvəlcə Respublika meydanına toplaşan Daşnaksütyunun Gənclər Birliyi daha sonra "Mariott Ermənistan” otelinin önünə yürüş ediblər.

Ermənistan polisi yürüş iştirakçılarına müdaxilə edib.

Daşnaksütyun Partiyasından verilən məlumata görə, onlarla gənc polis idarələrinə aparılıb.

"Ermənistan” blokundan olan deputat, Daşnaksütyunun üzvü Kristine Vardanyan polisin hərəkətini qanunsuzluq adlandırıb.

Polislər "Yerkir Media” kanalının əməkdaşı Ani Naapetyanı da saxlayıb.

Qeyd edək ki, İrəvanda keçirilən "Avronest” PA-nın toplantısında Azərbaycan Milli Məclisinin deputatları, "Avronest” PA-nın üzvləri Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

скачать dle 12.1

Şərhlər