SON DƏQİQƏ
» » Ermənilər azərbaycanlı deputatlara görə yolları bağladı

Ermənilər azərbaycanlı deputatlara görə yolları bağladı

Tarix:

21-02-2022, 14:47

/ 1 830 dəfə oxundu.
Ermənilər azərbaycanlı deputatlara görə yolları bağladı

Qarabağda döyüşən 100-ə yaxın erməni Ermənistan - Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıblar.

Aksiyanın keçirildiyi ərazidə çoxlu sayda avtomobil yığılıb, polislə toqquşmalar var.

"Azərbaycanlı deputatlar Ermənistana gəliblər, Türkiyə ilə resylər açılıb. Bəs, bizim Qarabağda ölən uşaqlarımız necə olsun?” - aksiya iştirakçıları bildiriblər.

 

Aparılan danışıqlardan sonra avtomobillərin hərəkəti qismən təmin olunub, lakin vəziyyət hələ də gərgin olaraq qalmaqdadır.

 

Qeyd edək ki, sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclaslarda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edəcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ