SON DƏQİQƏ

İrəvanda qarşıdurma- Xəsarət alanlar var

Tarix:

11-11-2021, 13:01

/ 1 163 dəfə oxundu.
İrəvanda qarşıdurma- Xəsarət alanlar var

Ermənistanda bu gün saat 11:00-dan aksiya keçirən müxalifət Nazirlər Kabineti binası önünə yaxınlaşmağa çalışıb.

Polis aksiya iştirakçılarına müdaxilə edib və qarşıdurma yaranıb.

Qarşıdurma nəticəsində xəsarət alanların olduğu bildirilir.

Mitinq iştirakçıları Respublika meydanında nəqliyyatın hərəkətini də dayandırmaq istəyiblər, lakin təhlükəsizlik qüvvələri aksiyaçıları küçədən sıxışdırıb çıxarıb.

Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclası keçirilir. Müxalifət isə Gorus-Qafan avtomobil yolunda Azərbaycanın gömrük və sərhəd məntəqələri yerləşdirməsinə etiraz edir.

Aksiyada iştirak edənlər arasında "Ermənistan” blokunun deputatları Geqam Manukyan, Anna Qriqoryan və Tadevos Avetisyan da var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ