SON DƏQİQƏ
» » Türkiyə, İran, Malayziya və Qətər vahid valyuta olaraq qızıl dinara keçə bilərlər

Türkiyə, İran, Malayziya və Qətər vahid valyuta olaraq qızıl dinara keçə bilərlər

Tarix:

21-12-2019, 19:00

/ 1 805 dəfə oxundu.
Türkiyə, İran, Malayziya və Qətər vahid valyuta olaraq qızıl dinara keçə bilərlər

Malayziya baş naziri Maharhir Məhəmməd bildirib ki, ölkəsi, İran, Türkiyə və Qətər ticarət mübadilələrində vahid qızıl pulun istifadəsi və barter sistemininin həyata keçirilməsini araşdırırlar.

GunAz.az xəbər verir ki, Malayziya baş naziri Mahathir Məhəmməd vahid qızıl pulun istifadəsi təklifinin sanksiyalara görə irəli sürüldüyünü bildirib.

O bildirib ki, bu möhtəməl addım adıçəkilən dövlətlərdən hər hansı birinə qarşı tətbiq ediləcək sanksiyaların zərərsizləşdirilməsinə görədir.

"Mən təklif etdim ki, qızıl dinarla və barter sistemi ilə ticarətin həyata keçirilməsi fikri araşdırılsın. Biz bu işi ciddi araşdıracağıq. Ümid edirəm ki, onun həyata keçirilməsi və tətbiq edilməsi üçün münasib mexanizmə nail olaq."

Mahathir Məhəmməd Kuala-Lampurda keçirilən islam dövlətlərinin kiçik zirvə toplantısının yekun mərasimində bır sıra müsəlman dövlətlərinin o cümlədən İran və Qətərin üzləşdiyi sanksiyalardan söz açıb. O müsəlman dövlətlərini daha çox öz aralarında ticarət mübadiləsi aparmağa və vahid valyuta yaratmağa çağırıb. Mahathir Məhəmməd eyni zamanda sanksiyalara qarşı tədbirlərdən biri kimi İranda atılan addımlara diqqət çəkib və daxili iqtisadi potensiallara arxalanmağın əhəmiyyətindən danışıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ