SON DƏQİQƏ
» » Ərdoğan Pakistanda İslamafobiya ilə mübarizə məqsədi ilə yaradılacaq televiziya kanalı barədə müzakirələr aparacaq

Ərdoğan Pakistanda İslamafobiya ilə mübarizə məqsədi ilə yaradılacaq televiziya kanalı barədə müzakirələr aparacaq

Tarix:

8-10-2019, 20:55

/ 1 752 dəfə oxundu.
Ərdoğan Pakistanda İslamafobiya ilə mübarizə məqsədi ilə yaradılacaq televiziya kanalı barədə müzakirələr aparacaq

İslamofobiya ilə mübarizə üçün ingilis dilli kanalın yaradılması mövzusu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın sonlarına planlaşdırılan Pakistan səfəri çərçivəsində müzakirə ediləcək. GunAz.az xəbər  verir ki, bunu Türkiyənin Kuala Lumpurdakı səfiri Merve Safa Kavakçı Malayziya mətbuatına müsahibəsində bildirib.

Diplomat xatırladıb ki, kanalın yaradılması qərarı Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri İmran Xan və Malayziyanın Baş naziri Mahathir Mohamad arasında keçirilən üçtərəfli görüşdən sonra qəbul edilib.

Onun sözlərinə görə, ingilis dilli kanal yaratmaq fikri üç ölkə liderlərinin ksenofobiya və islamofobiyanın artması ilə bağlı narahatlığından irəli gəlir.

"Kanalın məqsədi yanlış stereotipləri dağıtmaq, İslama münasibəti dəyişdirməkdir", səfir bildirib.

Səfirin fikrincə kanal Türkiyədə yerləşməlidir, çünki ölkənin bunun üçün bütün texniki imkanları var.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ