SON DƏQİQƏ
» » D-8 ölkələrinin birgə universiteti yaradılacaq

D-8 ölkələrinin birgə universiteti yaradılacaq

Tarix:

20-10-2017, 23:59

/ 1 151 dəfə oxundu.
D-8 ölkələrinin birgə universiteti yaradılacaq

İranda D-8 sammiti ölkələrinin birgə universiteti yaradılacaq.

Gunaz.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, bu universitetdə bütün D-8 ölkələrinin tələbələri təhsil ala bilər.

R.T.Ərdoğan həmçinin əlavə edib ki, D-8 ölkələri bütün sahələrdə münasibətləri möhkəmləndirməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak edib.

D-8 sammiti bu gün İstanbulda baş tutub. Sammitdə üzv ölkələr - Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edib.

/Trend/

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ