SON DƏQİQƏ
» » Tramp “Amerikanın səsi” barədə - “Onu məhv edin!”

Tramp “Amerikanın səsi” barədə - “Onu məhv edin!”

Tarix:

Bu gün, 09:04

/ 3 240 dəfə oxundu.
Tramp “Amerikanın səsi” barədə - “Onu məhv edin!”

ABŞ Prezidenti Donald Tramp “Amerikanın səsi” radiostansiyasını kəskin tənqid edərək, onun fəaliyyətini uğursuz adlandırıb.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” hesabında yazıb.
“Respublikaçılar niyə demokratların ruporu olan “Amerikanın səsi”nin mövcudluğunu davam etdirmək istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı onu saxlamaq üçün səs verməməlidir. Onu məhv edin!”, - deyə o bildirib.
Qeyd edək ki, martın 14-də Tramp ABŞ hökumətinin televiziya və radioda xarici siyasət təbliğatına cavabdeh olan Qlobal Media Agentliyinin fəaliyyət dairəsinin azaldılması haqqında fərman imzalayıb. Bununla da “Amerikanın səsi” radiostansiyasının əməkdaşlarının 85 faizinin planlaşdırılan ixtisarı prosesi tamamlanıb.
Ümumilikdə isə Donald Trampın dövlət aparatının ixtisarına dair proqramı çərçivəsində media orqanlarında təxminən 1400 əməkdaş ixtisar edilib.
скачать dle 12.1

Şərhlər