SON DƏQİQƏ

Binəqədidə yol çöküb?

Tarix:

Bu gün, 15:21

/ 2 345 dəfə oxundu.
Binəqədidə yol çöküb?

Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
GunAz.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.
Şikayətçi bildirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lükün ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəflinin oxu.az-a verdiyi açıqlamaya görə, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yol çökməsi baş verməyib:
“Ərazidə “Aztelekom” MMC-yə məxsus rabitə kommunikasiya xəttinin baxış qapağında çökmə qeydə alınıb. Məsələ ilə bağlı aidiyyəti quruma tərəfimizdən operativ məlumat verilib və problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub”.
скачать dle 12.1

Şərhlər